Şəhid övladına Səyyar ASAN xidmət göstərilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid övladına Səyyar ASAN xidmət göstərilib – FOTO

12:37 - 23 / 07 / 2020
Şəhid övladına Səyyar ASAN xidmət göstərilib – FOTO

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş hərbi toqquşmada qəhrəmancasına şəhid olmuş Elşad Məmmədovun övladı Məhəmməd Məmmədova Səyyar ASAN xidmət göstərilib.

"ASAN xidmət"dən 1news.az-a verilən məlumata görə, belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin müraciəti əsasında şəhidimizin övladına şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.

Bir daha ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini hörmətlə anırıq.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

S.Xankişiyeva

 

Paylaş:
1000

Son xəbərlər

Bütün xəbərlər