Qəbələdə karantin qaydalarını pozaraq gizli işləyən hazırlıq mərkəzi aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə karantin qaydalarını pozaraq gizli işləyən hazırlıq mərkəzi aşkarlanıb - FOTO

15:15 - 24 / 07 / 2020
Qəbələdə karantin qaydalarını pozaraq gizli işləyən hazırlıq mərkəzi aşkarlanıb - FOTO

Qəbələ Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb.

Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub. Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Qafar Ağayev

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər