Polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatından bir il ötür – FOTO

Hərbi Hava Qüvvələrinin “MİQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatından bir il ötür.
1news.az-ın verdiyi xəbərə görə, 2019-cu ilin iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itib.
Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olundu.
Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu tapılıb. 20 avqust tarixində isə pilotun nəşi tapılıb.
21 avqust tarixində Rəşad Atakişiyevin nəşi II Fəxri xiyabanda dəfn edilib.
Xatırladaq ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra təltif olunduğu Azərbaycan Respublikasının “Şücaətə görə” medalı 2019-cu ilin dekabrın 28-də polkovnik-leytenant R.Atakişiyevin ailəsinə təqdim edilib.
Mövzu ilə əlaqədar oxuyun:
Rəşad Atakişiyev dəfn olunub – FOTO – YENİLƏNİB
Şəhid pilotun qardaşı: Saxta profil vasitəsilə Rəşadın adından istifadə edərək pul toplayır – FOTO
General-mayor Rəşadın qəzaya uğradığı MİQ-29-un tapılması ilə bağlı detalları açıqlayıb
Rəşad Atakişiyevin atası: Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı
S.Xankişiyeva