Azərbaycanda arvadını döyən ər özünü üçüncü mərtəbədən atdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda arvadını döyən ər özünü üçüncü mərtəbədən atdı

13:34 - 25 / 07 / 2020
Azərbaycanda arvadını döyən ər özünü üçüncü mərtəbədən atdı

Gəncə sakini, 1936-cı il təvəllüdlü Niftəliyev İbrahim İsa oğlu həyat yoldaşı - 1944-cü il təvəllüdlü Bağırova Fatimə Əsəd qızını döydükdən sonra özünü yaşadığı binanın üçüncü mərtəbəsində atıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayl Xətai prospektində yerləşən yaşayış binalarının birində qeydə alınıb.

İ.Niftəliyev hadisə yerində dünyasını dəyişib.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ağır kələ-beyin travması alan qadının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin ailə münaqişəsi zəminində baş verildiyi bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
694

Son xəbərlər

Bütün xəbərlər