Balakəndə ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə ev yanıb

15:42 - 27 / 07 / 2020
Balakəndə ev yanıb

Balakən rayonunun Şamxal kəndində ümumi sahəsi 196 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 24 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən 1news.az-a məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər