Azərbaycanda koronavirus: 396 yeni yoluxan, 6 ölən, 558 sağalan var - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirus: 396 yeni yoluxan, 6 ölən, 558 sağalan var - RƏSMİ

16:32 - 27 / 07 / 2020
Azərbaycanda koronavirus: 396 yeni yoluxan, 6 ölən, 558 sağalan var - RƏSMİ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6 781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb.

Qafar Ağayev

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər