DTX: Bu profillərin Arzu Əliyevaya heç bir aidiyyəti yoxdu | 1news.az | Xəbərlər
Cəmiyyət

DTX: Bu profillərin Arzu Əliyevaya heç bir aidiyyəti yoxdu

17:33 - 27 / 07 / 2020
DTX: Bu profillərin Arzu Əliyevaya heç bir aidiyyəti yoxdu

Bəzi internet resurslarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer almışdır.

1news.az bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən məlumat verir.

Məlumatda bildirilir ki, aparılmış ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir.

Bildiririk ki, hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir.

Qafar Ağayev

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər