“Acıbadem” klinikasından Azərbaycana COVİD-19 ilə mübarizədə qardaş köməyi – FOTO   | 1news.az | Xəbərlər
Cəmiyyət

“Acıbadem” klinikasından Azərbaycana COVİD-19 ilə mübarizədə qardaş köməyi – FOTO  

10:05 - 27 / 07 / 2020
“Acıbadem” klinikasından Azərbaycana COVİD-19 ilə mübarizədə qardaş köməyi – FOTO  

Aylardır dünyada tüğyan edən, əsrin xəstəliyi koronavirusa (Covid-19) qarşı Türkiyədən qardaş Azərbaycana dəstək əli uzandı.

Acıbadem Sağlamlıq Qrupundan pandemiya dövründə şəxsən xidmət göstərərək yüksək təcrübə qazanan 40 nəfərlik ekspert heyəti Prof. Dr. Çağlar Çuhadaroğlunun rəhbərliyində Bakıda təcrübələrini bölüşür. "Yeni klinika" tibb müəssisəsinin direktoru, tibb elmləri doktoru Pərviz Abbasov Türkiyə heyətinin böyük dəstəyi nəticəsində xəstəxanada Covid-19 xəstələrinin sayının azalmağa başladığını qeyd edərkən Prof. Dr. Çağlar Çuhadaroğlu "Covid-19-a qarşı mübarizədə müsbət işarələrin Bakıya yayılması üçün çalışırıq", - dedi.

Təqribən 7 ay əvvəl Çinin Vuhan şəhərindən başlayaraq bütün dünyanı sürətlə öz təsiri altına alan yeni növ koronavirusla (Covid-19) 4 ay əvvəl tanış olan Türkiyə ilk gündən bəri uğurlu önləyici tədbirləri ilə model ölkə olaraq önə çıxır. Türkiyə dünyanın beləsini ilk dəfə təcrübədən keçirdiyi əsrin xəstəliyi Covid-19-a qarşı təcrübəsini Azərbaycana gətirdi. Sağlamlıq sektorunda dünya brendi olan Acıbadem Sağlamlıq Qrupundan Prof. Dr. Çağlar Çuhadaroğlu, Prof. Dr. A. Sesin Kocagöz və Prof. Dr. Özkan Akıncının başçılıq etdiyi 40 nəfərlik ekspert heyəti "Yeni klinika" tibb müəssisəsindəki həmkarlarına təcrübə mübadiləsi və biliklərin ötürülməsi yönümlü işlərə 2 ay müddətində davam edəcək. "Yeni klinika" tibb müəssisəsinin açılması 2020-ci ilin noyabrına planlaşdırılsa da, açılış Covid-19 səbəbindən mart ayında baş tutdu.

40 nəfərlik ekspert heyətindən Covid-19 dəstəyi

Acıbadem Sağlamlıq Qrupu İdarə Heyətinin sədri Mehmet Ali Aydınların planlaşdırması əsasında 29 iyunda "Yeni klinika" tibb müəssisəsinə 3 akademik işçi, 1 reanimasiya üzrə ekspert və 5 peşəkar tibb bacısı göndərildi. Komanda "Yeni klinika" tibb müəssisəsində Covid-19 xəstələrinə qulluq və Covid-19 ilə bağlı müasir müalicə metodları barəsində Azərbaycandakı həkim və tibb bacısı həmkarlarına təlim keçdi. Acıbadem Altunizade Xəstəxanasının baş həkimi və ağciyər xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Çağlar Çuhadaroğlu ardınca Acıbadem-dən 30-a yaxın tibb bacısı və həkimin də xəstəxanada sağlamlıq xidmətləri göstərmək üzrə komandaya qoşulduqlarını vurğulayaraq "Bu sayədə daha əvvəl olduqca problemli olan reanimasiya xidmətləri və ağır Covid-19 hallarının təqibi prosesi yoluna düşdü. Xəstəxananın infrastrukturu ilə əlaqədar problemlərin aradan qaldırılması üçün yenə Acıbadem Sağlamlıq Qrupunun biomedikal mühəndisləri və texniki menecerləri də sözügedən komandaya dəstək olmaq məqsədilə Bakıya gəldi. Hazırda 40-dan artıq Acıbadem personalı "Yeni klinika" tibb müəssisəsində bu xidmətə davam edir", - dedi.

Müsbət nəticələr əldə olunur

Komandanın bölgədə fəaliyyət göstərməyə başlaması ilə "Yeni klinika" tibb müəssisəsində xəstələrin xəstəxanada qalma müddəti və reanimasiya ehtiyaclarında azalmaların başladığını söyləyən Prof. Dr. Çağlar Çuhadaroğlu "Komandamızda Altunizade İnfeksion Xəstəlikləri və Acıbadem Sağlamlıq Qrupu İnfeksion Nəzarət Ali Heyəti rəhbəri Prof. Dr. A. Sesin Kocagöz və Reanimasiya Koordinatoru Prof. Dr. Özkan Akıncı başda olmaqla ekspertlərimiz mütəmadi veb-əlaqələri ilə işlərimizi davam etdiriri", - dedi. Prof. Dr.  A. Sesin Kocagöz də "Acıbadem Sağlamlıq Qrupu ekspertləri olaraq Bakıda yaradılmış bu yeni xəstəxanada Covid-19 pandemiyasına qarşı azərbaycanlı qardaşlarımıza dəstək olmaqdan şadıq. Azərbaycanlı həmkarlarımızla birgə əsrin xəstəliyinə qarşı köməkləşib mübarizə aparırıq", - sözlərini söylədi.

Hal-hazırda yalnız Covid-19 xəstələrinə xidmət göstərir

Pandemiyaya görə planlaşdırılmış tarixdən əvvəl açılan 100 min kvadratmetr sahəyə malik "Yeni klinika" tibb müəssisəsinin direktoru, tibb elmləri doktoru Pərviz Abbasov bu günlərdə ancaq Covid-19-a yoluxmuş xəstələrin qəbulu və müalicəsi yönümlü xidmət göstərən bu 575 çarpayı yerlik xəstəxanada xəstələrin bu dövrdə yalnızca Covid-19 müalicəsi almaqda olduğunu söyləyərək "Nüfuzlu Türk Acıbadem Sağlamlıq Qrupu ilə əməkdaşlığımız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşəbbüsü və təklifi ilə həyata keçirilir. Bu çərçivədə Acıbadem Sağlamlıq Qrupunun təcrübəli Covid-19 komandası ilə azərbaycanlı ekspertlər bütün dünyanı narahat edən "gözəgörünməz bəlaya" qarşı döyüşürlər", - deyə bildirdi.

Covid-19-a yoluxma halları iyundan etibarən sürətlə artır!

Dr. Pərviz Abbasov öz növbəsində qeyd etdi: "Azərbaycanda restoranlar, ticarət mərkəzləri və kafelər bağlıdır, lakin insanlar kütləvi olaraq bir-birlərinin evlərində və ya dəfn mərasimlərində toplaşır. Bu gün infeksiyaya yoluxanların əksəriyyəti dəfn mərasimlərinə qatılan şəxslərdir.

Diaqnoz və müalicə ilə yanaşı, cəmiyyətdə fərdi qorunma ilə bağlı məlumatlılığı artırmağa çalışırıq. Çünki fərdin önləyici tədbirlər görməsi cəmiyyət sağlamlığının qorunması baxımından çox vacibdir".

Qeyd edək ki, hər bir xəstəyə məsləhət almaqda və müalicə üçün Türkiyəyə getməsində kömək edən Acıbadem klinikasının Bakıdakı nümayəndəliyinin ofisi Bakı şəhəri, Səməd Vurğun küçəsi, 36 ünvanında yerləşir.

Tel .: (+994 12) 595 96 81

Bundan əlavə, veb sayt və ya rəsmi nümayəndəliyə http://www.acibadem.com.az  vasitəsilə ərizə göndərməklə Acıbademin aparıcı həkimlərinin müstəqil konsultasiyasını əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər