Azərbaycanda karantini pozan vəkil həbs edildi - FOTO

Bakıda karantin rejimi qaydalarını pozan şəxs həbs edilib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Nadirov Elçin Zahir oğlu karantin qaydalarını pozduğu üçün saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
Xətai rayon Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə Elçin Nadirov 1 ay müddətinə inzibati qaydada həbs edilib.
S.Xankişiyeva
631