4-cü Avropa Fizika Olimpiadasında qazanılan uğur | 1news.az | Xəbərlər
Cəmiyyət

4-cü Avropa Fizika Olimpiadasında qazanılan uğur

12:15 - 27 / 07 / 2020
4-cü Avropa Fizika Olimpiadasında qazanılan uğur

20-26 iyul 2020-ci il tarixlərində fizika fənni üzrə onlayn şəkildə 4-cü Avropa Fizika Olimpiadası (EuPhO 2020) keçirilib.

1news.az-ın məlumatına görə, 57 ölkənin məktəblilərinin qatıldığı olimpiada nəzəri və praktiki hissələrdən ibarət olub.

Azərbaycan məktəbliləri bu bilik yarışında 1 bürünc və 2 həvəsləndirici mükafat əldə ediblər.

Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11-ci sinif şagirdi Məhəmməd Yusifov bürünc medal, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Köçəri Əsgərov və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi Sirac Yəhyazadə həvəsləndirici mükafata layiq görülüblər.

Qafar Ağayev

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər