Göygöldə ər-arvad avtomobilin içində yanaraq öldü

Göygöldə avtomobil yanıb.
1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 21099" markalı minik maşını yanıb.
Avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlu və həyat yoldaşı, 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allaheverən qızı yanaraq ölüb.
Onların ər-arvad olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.
824