Azərbaycanda bir gündə 673 nəfər nəfər koronavirusdan sağaldı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bir gündə 673 nəfər nəfər koronavirusdan sağaldı - STATİSTİKA

17:21 - 30 / 07 / 2020
Azərbaycanda bir gündə 673 nəfər nəfər koronavirusdan sağaldı - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib, 5 951 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 532, ötən müddət ərzində isə ümumilikdə 717 164 test aparılıb.

Qafar Ağayev

Paylaş:
797

Son xəbərlər

Bütün xəbərlər