Cəlilabadda karantini pozaraq piknikə gələn şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda karantini pozaraq piknikə gələn şəxslər saxlanılıb

09:51 - 30 / 07 / 2020
Cəlilabadda karantini pozaraq piknikə gələn şəxslər saxlanılıb

Cəlilabadda karantin qaydalarını pozaraq piknikə gələn şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində Bakı şəhər sakini olan Elvin Süleymanzadənin idarə etdiyi “Niva” markalı avtomobil saxlanılıb.

Polis əməkdaşları tərəfindən aparılan müvafiq yoxlama zamanı sürücü ilə yanaşı avtomobildə olan Bakı sakinləri Nahid Qasımov, Habil Əsədov və 3 nəfər qadının heç bir müvafiq icazə olmadan, karantin qaydalarını pozaraq Bakı şəhərindən Cəlilabada gəldikləri müəyyən edilib. Onların dincəlmək məqsədilə, piknik təşkil etmək üçün gəldikləri məlum olub.

Həmin 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar. Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Qafar Ağayev

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər