TƏBİB: Çimərliklərin açılması və rayonlara gediş-gəlişin bərpası müzakirə olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB: Çimərliklərin açılması və rayonlara gediş-gəlişin bərpası müzakirə olunur

16:16 - 31 / 07 / 2020
TƏBİB: Çimərliklərin açılması və rayonlara gediş-gəlişin bərpası müzakirə olunur

“Çimərliklərin və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər bu gün müzakirə mərhələsindədir”.

1news.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir: “Qərar qəbul olunan kimi, Operativ Qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək”.

1news.az

Paylaş:
941

Son xəbərlər

Bütün xəbərlər