Yaqut Qarayeva: Məktəblərin və uşaq bağçalarının açılması müzakirə olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaqut Qarayeva: Məktəblərin və uşaq bağçalarının açılması müzakirə olunur

16:41 - 31 / 07 / 2020
Yaqut Qarayeva: Məktəblərin və uşaq bağçalarının açılması müzakirə olunur

“Məktəblərin və uşaq bağçalarının açılması ilə bağlı məsələlər də hazırda Operativ Qərargah və ÜST-ün missiyası tərəfindən bilikdə müzakirə olunur”. 

1news.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu müzakirələrdə artıq məktəbləri açmış bəzi ölkələrin təcrübələri də müzakirə edilib: “Vətəndaşlarımız üçün ən doğru qərar hansıdırsa, o qərar da qəbul olunacaq. Hər hansı bir qərar edildikdə bu barədə mütləq ictimaiyyətə məlumat veriləcək”. 

1news.az

Paylaş:
917

Son xəbərlər

Bütün xəbərlər