Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb

12:11 - 01 / 08 / 2020
Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb

Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

S.Xankişiyeva

 

Paylaş:
786

Son xəbərlər

Bütün xəbərlər