Gəncədə evdən kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən 1news.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri mənzilin qapısını açıb və orada aşkarlanan 1982-ci il təvəllüdlü Seyfullayev Ramin Nizami oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
1news.az
492