Rayonlara gediş-gəliş nə zaman açılacaq? – Operativ Qərargahdan açıqlama

“Hal-hazırda regionlara gediş-gəliş məsələsinə baxılır”.
1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Müxtəlif qaydalar üzrə fikirlər yürüdülür. Bir məqamı diqqətə almalıyıq ki, Bakı şəhərində yoluxma tendensiyası var. Regionlara gediş-gəliş açılandan sonra bu regionlarda da yoluxmaların müəyyən dərəcədə artmasına öz təsirini göstərə bilər. Ona görə kompleks şəkildə epidemioloji vəziyyət qiymətləndirilərək, regionlara gediş-gəlişin açılması məsələsinə təkrarən baxılacaq” – deyə, Hikmət Hacıyev, fikirlərinə əlavə edib.
Qafar Ağayev