Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ: Sayt yaradıldı - Qaydalar

“ Pandemiya şəraitində sosial məsafənin saxlanılması və pandemiyaya uyğun tələblərə şəraiti olan çiməklər müəyyən edildi”
1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
“Çimərliklər vahid reystrə salınıb və ümumiyyətlə çimərliklərdən insanların sərbəst şəkildə istifadəsi üçün şərait yaradılıb. Lakin, bununla bağlı informativ bir resurs olan “çimərlik.az” saytı yaradılıb. Vətəndaşlar həmin sayta daxil olub çimərliklərin mövcud vəziyyəti, tutum səviyyəsi, doluluq əmsalını görə biləcəklər. Ona uyğun da hansı çimərliyə istəsələr gedə biləcəklər. Çimərliyə getmək üçün hansısa xüsusi icazəyə, rezervasiyaya ehtiyac yoxdur. İstənilən şəxs istənilən çimərliyə gedə bilər. Əgər vətəndaş çimərliyin tam dolduğunu görərsə, başqa çimərliyə üz tutmalıdır. Hər bir çimərliyin konkret sərhədləri müəyyən olunub, bu sərhədlər ara məsafəsinin saxlanmasına görə hesablanıb. Əgər, məsələn bir çimərliyin tutumu 500, 1000 nəfərlikdirsə, ondan artıq adamın girməsinə icazə verilməyəcək”.
Qafar Ağayev