Yaqut Qarayeva: “Karantin rejimi yumşaldılsa da bütün işlər eyni qaydada davam etdirilir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaqut Qarayeva: “Karantin rejimi yumşaldılsa da bütün işlər eyni qaydada davam etdirilir”

17:54 - 03 / 08 / 2020
Yaqut Qarayeva: “Karantin rejimi yumşaldılsa da bütün işlər eyni qaydada davam etdirilir”

“May ayında yumşalmalardan sonra xəstə sayında artım olmuşdu. Ümid edirik ki, bu dəfə bu, baş verməyəcək. Ancaq bununla belə biz hazırlıqlı olmalıyıq”.

1news.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

"Karantin rejimi yumşaldılsa da bütün işlər eyni qaydada davam etdirilir. Çarpayı sayında artımlar olub. Yeni modul tipli xəstəxanalar açılıb. Yeni laboratoriyaların açılması da nəzərdə tutulur. Biz bütün qüvvəmizlə pandemiya ilə mübarizəyə hazır olmalıyıq”.

Qafar Ağayev

 

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər