“Açıq havada olan restoranlarla bağlı məsələlər müzakirə edilir” - Operativ Qərargah

"Kiçik kafelər və açıq havada olan restoranlarla bağlı məsələlər müzakirə edilir".
1news.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
“Qida qəbul edəndə istər-istəməz maskadan istifadə mümkün olmur. Bu məsələlər müzakirə edilir. Mərhələli şəkildə buna getmək lazımdır. Birdən-birə açılmalar kütləvi yoluxmalara səbəb ola bilər” - deyə, Yaqut Qarayeva fikirlərinə əlavə edib.
Qafar Ağayev
749