Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alan var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alan var - FOTO

09:34 - 03 / 08 / 2020
Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alan var - FOTO

Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusu toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, qəza nəticəsində yolda böyük tıxac yaranıb. Daha sonra yolda hərəkət birtərəfli bərpa olunub. Qəza etmiş avtomobillərin yoldan götürülməsi üçün evekuatorlar gətirilib.

1news.az

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər