Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

11:46 - 03 / 08 / 2020
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər