Bakıda heyvana siqnal verən sürücü sərnişini ilə birlikdə döyüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda heyvana siqnal verən sürücü sərnişini ilə birlikdə döyüldü

14:10 - 04 / 08 / 2020
Bakıda heyvana siqnal verən sürücü sərnişini ilə birlikdə döyüldü

Bakının Xəzər rayonunda iki nəfər döyülüb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Albalılıq qəsəbəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Mirzəyev Əziz Şaiq oğlu idarə etdiyi avtomobil ilə küçədə qarşısına çıxan keçən iribuynuzlu heyvana səs siqnalı verib. Bundan hiddətlənən heyvan sahibi sürücü Ə.Mirzəyev və avtomobildə onun qardaşı, 1999-cu il təvəllüdlü Mirzəyev Mahmud Şaiq oğlunu döyüb. Onlara küt alətlə zərbə vurub. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

1news.az

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər