Koronavirus Azərbaycanda: 226 yeni yoluxan, 5 ölən, 588 sağalan var - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus Azərbaycanda: 226 yeni yoluxan, 5 ölən, 588 sağalan var - RƏSMİ

17:21 - 04 / 08 / 2020
Koronavirus Azərbaycanda: 226 yeni yoluxan, 5 ölən, 588  sağalan var - RƏSMİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

Qafar Ağayev

Paylaş:
805

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər