Vəzifəli şəxslərin qanunsuz əməlləri barədə STATİSTİKA açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəzifəli şəxslərin qanunsuz əməlləri barədə STATİSTİKA açıqlanıb

17:18 - 05 / 08 / 2020
 Vəzifəli şəxslərin qanunsuz əməlləri barədə STATİSTİKA açıqlanıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi COVID-19 pandemiyası ilə əlaqədar dövlət səviyyəsində həyata keçirilən sistemli tədbirlərdən sui-istifadə edən vəzifəli şəxslərə, kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıq aparmaqla dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı effektiv mübarizə tədbirləri aparıb.

1news.az xəbər verir ki, bu barədə avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.

Ötən yarımildə vətəndaşlar tərəfindən Baş İdarəyə analoji hallarla əlaqədar daxil olmuş müraciətlərin 100-ü birdəfəlik müavinətin verilməsi ilə bağlı süründürməçilik, 13-ü vətəndaşların xəbəri olmadan adlarına sosial müavinətlərin və digər ödənişlərin köçürülməsinin aşkar edilməsi, 175-i dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının əhaliyə çatdırılmasına məsul olan vəzifəli şəxslərin qanunsuz hərəkətləri, 5-i qanunsuz olaraq sərbəst hərəkət edilməsi ilə bağlı arayışların verilməsi, o cümlədən bununla əlaqədar rüşvət tələb edilməsi, digərləri isə sahibkarlıq subyektlərinin xüsusi karantin rejimi qaydalarını pozması və cari vəziyyətdən sui-istifadə etmə halları ilə əlaqədar olub.

Qeyd olunan müraciətlərə baxılarkən onların müəyyən qismi müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilib, bir sıra hallarda cinayət işi başlanmış, digərləri nəzarətdə saxlanılmaqla baxılıb hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə səlahiyyətli dövlət qurumlarına göndərilib.

Qafar Ağayev

Paylaş:
665

Son xəbərlər

Bakının 3 rayonunda qaz təchizatı dayandırılacaqBu gün, 09:22AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20Ərdoğan Sərvərə mükafatını təqdim etdiBu gün, 09:04Bakının küçələrində sıxlıq yaranıb - SİYAHIBu gün, 08:59Elm və təhsil naziri Londonda “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşüb22 / 05 / 2024, 17:45Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib22 / 05 / 2024, 17:42Bu rayonda 3 gün qaz olmayacaq22 / 05 / 2024, 17:28Milli Məclisdən Lüksemburq Deputatlar Palatasının sədrinin qərəzli fikirlərini CAVAB22 / 05 / 2024, 17:27Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tehranda anım mərasimində iştirak edib - VİDEO - YENİLƏNİB 222 / 05 / 2024, 17:13Mətbuat Şurası tanınmış jurnalist Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb22 / 05 / 2024, 17:12Bakının 8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq22 / 05 / 2024, 16:48İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək22 / 05 / 2024, 16:35Biləsuvarda Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov dəfn edilib - YENİLƏNİB22 / 05 / 2024, 16:11Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub22 / 05 / 2024, 16:09Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi Zülfüqar Abbasov dəfn edilib - YENİLƏNİB22 / 05 / 2024, 16:09Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib22 / 05 / 2024, 16:05Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyev dəfn edilib22 / 05 / 2024, 16:04Bakı-Şamaxı-Yevlax yolunda hərəkət qismən məhdudlaşdırılacaq22 / 05 / 2024, 16:03Birbank-dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdə22 / 05 / 2024, 15:55Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib22 / 05 / 2024, 15:32
Bütün xəbərlər