Sorğu: Azərbaycanlılar daşınmaz əmlaka investisiya yatırmağı və ya pulu dollarla saxlamağı üstün tuturlar? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sorğu: Azərbaycanlılar daşınmaz əmlaka investisiya yatırmağı və ya pulu dollarla saxlamağı üstün tuturlar? – FOTO

17:30 - 06 / 08 / 2020
Sorğu: Azərbaycanlılar daşınmaz əmlaka investisiya yatırmağı və ya pulu dollarla saxlamağı üstün tuturlar? – FOTO

Postsovet regionunun altı ölkəsində, o cümlədən Azərbaycanda aparılan sosioloji tədqiqatlar əhalinin iqtisadi cəhətdən aktiv hissəsinin həyat məqsədləri və prioritetləri ilə bağlı suallara cavab verir.

Tədqiqat 2020-ci ilin aprel ayında aparılıb və Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Özbəkistanı əhatə edib. Hər bir ölkədə orta təbəqəni təmsil edən 18 ilə 45 yaş arasındakı 200 nəfər şəhər sakini ilə üz-üzə müsahibələr aparılıb.

Sorğu Noblet Media PR-şirkəti və Info Sapiens tədqiqat agentliyi tərəfindən aparılıb. Təşkilatçıların əsas sualı – 2020-ci ilin əvvəlində, koronavirus pandemiyası ilə bağlı hadisələr istehlakçıların dəyərlərinə, qlobal hədəflərinə və arzularına nə dərəcədə təsir etdi?

Şəxsi hədəflər və karyera imkanları

Tədqiqatla əhatə olunan digər beş ölkənin əhalisi kimi, azərbaycanlılar üçün seçilmiş iqtisadi fəaliyyətdə prioritet əksər hallarda iqtisadi rifahın yaxşılaşdırılmasıdır (76%). Respondentlərin sadəcə 20%-i cəmiyyətdə hər hansı bir dəyişikliyə nail olmaq istəyirlər və yalnız 17%-i cəmiyyətdə populyarlıq və/və ya yüksək status əldə etməyi hədəfləyirlər.

Bununla yanaşı, onların əksəriyyəti beynəlxalq özəl şirkətlərdə işləməyə can atırlar. Respondentlərin yalnız 9%-i öz işlərinə başlamaq arzusundadırlar. Ukraynadan başqa, bütün digər ölkələrdə olduğu kimi, Azərbaycanda da (51%) iş yerində minimum qərar qəbul etmək və asudə vaxtlarını dostları ilə (43%) keçirmək istəyənlər var.

Şəxsi büdcə və xərclər

Ərzaq və kommunal xidmətlər üçün xərclərdən sonra əksər azərbaycanlılar üçün prioritet məqam – əyləncə və dostları ilə görüşdür (35%). Bu, tədqiqatın əhatə etdiyi bütün ölkələr arasında ən yüksək göstəricidir.

Həmçinin, respondentlərin əhəmiyyətli bir hissəsi (29%) geyim, ayaqqabı və özünə qulluq məhsulları almağı prioritet hesab edir. Səyahət – 15% respondent üçün xərclərin vacib bir hissəsidir, yalnız respondentlərdən 9%-i təhsilə yatırım edir.

Respondentlərin (33%) əksəriyyəti daşınmaz əmlaka yatırım etməyi özləri üçün pul yığmağın ən yaxşı yolu hesab edirlər. Depozitlərlə bağlı maraqlı bir tendensiya müşahidə olunur: sorğuda iştirak edənlərin 22%-i əmanətləri dollarla saxlamağı milli valyutaya nisbətən daha etibarlı hesab edirlər.

Koronavirusun təsiri

Azərbaycanda COVID-19 mövzusunda əhali üçün aparıcı məlumat mənbəyi – ÜST (69%), digər ölkələrin həkimləri (66%) və yerli səhiyyə işçiləridir (58%). Əhalinin 40%-i ÜST-ə etibar edir, ikinci etibarlı mənbənin – ailə (35%) olduğunu hesab edirlər. Bununla yanaşı, ölkə əhalisinin 34%-i koronavirus problemini şişirdilmiş hesab edir.

Həmçinin biznes sahələri də bu bazar üçün məlumat istehlakının mənbələrinə diqqət yetirməlidirlər və auditoriya ilə işləyərkən bunları nəzərə almalıdırlar: xəbər saytları (53%) və televiziya (34%) əsas mənbələr olaraq qalır, lakin rəy liderlərinin rolu (30%) sürətlə artmaqda davam edir.

“Son 5 ildə reallıqlarımız əhəmiyyətli dərəcədə dəyişdi. 2020-ci ildə bir çox amillər, o cümlədən qlobal pandemiya ənənəvi əlaqə vasitələrini və yollarını şübhə altına aldı. Bu tədqiqatın nəticələri şirkətlərə istehlakçıların əhval-ruhiyyələrini daha yaxşı hiss etməyə və hər bir bazar üçün düzgün strategiya seçməyə kömək edir”,  – Noblet Media CIS-in baş direktoru Yevgeniya Pankratyeva qeyd edir.

“Sorğu məlumatları bütün növ təşkilatlar üçün faydalı olacaq”, – Info Sapien agentliyinin direktor müavini İnna Voloseviç deyir:

“Beləliklə, həm dövlət qurumları, həm də beynəlxalq donorlar epidemiya əleyhinə tədbirləri və zəruri islahatları daha effektiv şəkildə həyata keçirmək üçün ən fəal vətəndaşlarla necə əlaqə qura biləcəklərini görürlər”.

Yelena Ostapenko

 

Paylaş:
1600

Son xəbərlər

Bütün xəbərlər