Ermənistana məxsus daha bir taktiki PUA məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistana məxsus daha bir taktiki PUA məhv edilib

10:37 - 07 / 08 / 2020
Ermənistana məxsus daha bir taktiki PUA məhv edilib

Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

1news.az

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər