Xırdalanda yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda yanğın olub

14:56 - 08 / 08 / 2020
Xırdalanda yanğın olub

Xırdalanda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.

1news.az

Paylaş:
778

Son xəbərlər

Bütün xəbərlər