Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir - FOTO

17:18 - 08 / 08 / 2020
Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir - FOTO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə birgə şəhər ərazisində yerləşən çimərliklərdə Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarəti həyata keçirirlər.

Daxili İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlarla izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi izah edilir.

Tədbir zamanı çimərliklərə üz tutuanların diqqətinə dəniz kənarında 5 nəfərdən artıq toplaşmağın qadağan olunduğu çatdırılıb. Həmçinin, polislər dənizə istirahətə gələn vətəndaşlara çimərliklərdən istifadənin saat 8:00-dan 21:00-dək mümkün olduğunu bildiriblər.

Qeyd edək ki, tətbiq edilən bu qaydalara əməl etməyən, polis əməkdaşlarının haqlı iradlarını aradan qaldırmayan şəxslər çimərlik ərazisinə buraxılmır və onlar barəsində qanuni tədbir görülür. Çimərliyə gələn vətəndaşların əksəriyyəti isə virusun yayılmasının qarşını almaq üçün qəbul edilən qərarlara hörmətlə yanaşır və polis əməkdaşlarının xidmətindən razı qaldıqlarını bildirirlər.

Sumqayıtda çimərlik ərazilərində avtomobillərin hərəkətini tənzimləmək və yol hərəkəti qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək üçün Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da xidmətə cəlb olunublar. Yol polisləri əsasən çimərliyə müştəri gətirən taksi sürücüləri ilə profilaktik söhbətlər apararaq, onlara nəqliyyat vasitələrində şəffaf arakəsmədən istifadə etmələrini, sərnişinləri isə arxa oturacaqlarda əyləşdirməyi bildiriblər.

Qafar Ağayev

Paylaş:
659

Son xəbərlər

Bu kollecdə beş ilə 90 minə yaxın pul mənimsənilibBu gün, 12:57Sürət yarışı keçirib tiktokda paylaşanlar həbs edildi - VİDEOBu gün, 12:49Mayın 26-da 49 minə yaxın abituriyent qəbul imtahanı verəcəkBu gün, 12:43Nazir: Xarici dövlət borcunun 10 milyard dollara qədər artırılması nəzərdən keçirilirBu gün, 11:54Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü başlayıbBu gün, 11:38İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:37Azərikard beynəlxalq əməkdaşlığını genişləndirirBu gün, 11:25Ötən il onkoloji xəstəliklərə görə dövlət büdcəsindən ayrılan vəsait açıqlandıBu gün, 11:19Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə veribBu gün, 11:07“Azerbaijan Fish Farm” şirkəti Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Xəzər dənizinə 50 min nərə balığı buraxıb - FOTOBu gün, 10:59FHN-də çimərlik mövsümünə hazırlıqla əlaqədar toplantı keçirilib, tapşırıqlar verilibBu gün, 10:51Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olubBu gün, 10:38Azərbaycan İnvestisiya Şirkəti Gürcüstan şirkəti ilə Birgə İştirak Müqaviləsi imzalayıbBu gün, 10:23Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında iştirak edəcəklərBu gün, 10:21BŞİH əhaliyə müraciət etdiBu gün, 10:14Saatlının polis rəisinə yeni müavin təyin edilibBu gün, 10:02AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edirBu gün, 09:53Qarabağ Universitetinin rektoru kollektivə təqdim olundu - FOTOBu gün, 09:30Bakının 3 rayonunda qaz təchizatı dayandırılacaqBu gün, 09:22AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20
Bütün xəbərlər