13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq - FOTO

17:40 - 08 / 08 / 2020
13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq - FOTO

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 2020-ci ilin sonuna kimi daha 60  modul tipli məktəb istifadəyə veriləcək. 

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, Dövlət başçısının 8 avqust 2020-ci il tarixli  "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin  quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb.

Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə,  xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq.

Qafar Ağayev

Paylaş:
833

Son xəbərlər

Bütün xəbərlər