Şahmar Mövsümov: Əgər yoluxmalar artsa karantin rejimi yenidən sərtləşdiriləcək

“Əgər yumşaldılmalardan sonra koronavirusa yoluxanların sayı artsa biz məcbur olub yenidən karantin rejiminin sərtləşdirməsinə gedəcəyik”.
1news.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
“Yumşalmaları cəmiyətimizdə bir çox insan qələbə və ya virusun yox olması kimi qeyd etmək istəyir. Çox əsassız iddialar edilir ki, bütün dünyada karantin rejimi ümumiyyətlə yoxdur, heç kim heç bir yerdə maska taxmır. Bütün bunlar yanlışdır, belə insanlara öncəliklə internetdə sadə bir axtarış etməyi tövsiyə edərdim. Heç bir yerdə virusa qalib gəlinməyib, yəni bu virus itməyib, aramızdadır”.
Qafar Ağayev