Yaqut Qarayeva: “Hər birimiz karantin rejimindən yorulmuşuq”

“Azərbaycanda hər gün yoluxanların sayı sağalanların sayından az olur”.
1news.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Biz problemə gözümüzü yummaqla bu problem həll olunmayacaq. Bu gün bütün dünya yeni dalğaya hazırlaşır. Hər şey bizim özümüzdən asılıdır, qaydalara ciddi riayət etməliyik. Bəzi qapalı məkanlar açılır. Çalışmalıyıq ki, çox sıxlıq olan yerlərə üz tutmayaq. Hər birimiz karantin rejimindən yorulmuşuq” – deyə, Y.Qarayeva fikirlərinə əlavə edib.
Qafar Ağayev
556