Növbəti mərhələdə kafe və restoranların fəaliyyətinin bərpası müzakirə olunacaq - Operativ Qərargah | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti mərhələdə kafe və restoranların fəaliyyətinin bərpası müzakirə olunacaq - Operativ Qərargah

11:27 - 08 / 08 / 2020
Növbəti mərhələdə kafe və restoranların fəaliyyətinin bərpası müzakirə olunacaq - Operativ Qərargah

“Hal-hazırda növbəti həftədə, yəni  avqustun 17-si ərəfəsində kafe və restoranların açıq hissələrində fəaliyyətin bərpa olunması müzakirə olunur. Ondan sonrakı mərhələdə istə rayonlar arası gediş-gəlişin bərpası müzakirə olunur”.

1news.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

“Bu barədə qərarlar hələ verilməyib, amma bunlar bizim atacağımız addımlar sırasındadır. Bütün bu atılacaq addımların bir əsas şərti var, o şərt də sanitar-epidemiolji vəziyyətdir. Yəni bizdə yoluxmaların sayı kifayət qədər aşağı səviyyədə getsə, biz həmin o epidemioloji vəziyyəti saxlaya bilsək onda növbəti yumşalmalara gedəcəyik” – deyə, Ş.Mövsümov fikirlərinə əlavə edib.

Qafar Ağayev

Paylaş:
641

Son xəbərlər

Bütün xəbərlər