Digər istiqamətlərə uçuşların nə zaman bərpa olunacaq?

"Biz Naxçıvanla uçuşları bərpa etdik, tədricən uçuşların sayı artırıldı".
1news.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, son zamanlar insanlar Antalya, Bodrum və sair istiqamətlərdə əvvəlcədən bilet alıb getmək istəyirlər. Amma burda ciddi bir arqument var ki, biz öz rayonlarımıza bunu etmiriksə, niyə görə digərini etməliyik. Ona görə də rayonlara nə zaman ki, gediş gəliş bərpa olunacaq, digər istiqamətlərə də uçuşlar bərpa olunacaqdır.
Qafar Ağayev
615