Şahmar Mövsümov: “Bu, o deməkdir ki, həmin şəxsin 190 manata ehtiyacı yoxdu”

“Bloklanmış kartlardakı vəsaitdən 1 manat da istifadə olunmayıb”.
1news.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Ş.Mövsümov bildirib: "Biz qərara aldıq ki, ən az təminatlı insanlara yardım edək, bunun üçün də proses başladı. 600 min şəxsə ödənişin verilməsi üçün qərar qəbul edildi".
Onun sözlərinə görə, 190 manata görə bloklanmış kartlardan bir manat belə götürülməyib. Bu o deməkdir ki, həmin vətəndaşın buna ehtiyacı yoxdur. Bu vəsait digər ehtiyacı olanlara istifadə edilməlidir. Bir ay ərzində əgər 190 manatın bir manatı belə istifadə olunmursa, deməli, o şəxsin buna ehtiyacı yoxdur".
Qafar Ağayev