Metronun açılması müzakirə olunmur - AÇIQLAMA

"Bu gün metronun açılması müzakirə olunmur".
1news.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Həftə sonu ictimai nəqliyyatın dayandırılması və metronun bağlanması bir-biri ilə əlaqəlidir. Dünya təcrübəsinə görə, virusun yayılmasının artmasına bir nömrəli səbəb insanların hərəkətdə olmasıdır. Ona görə biz bu qadağalara məcburuq. Bu səbəblərə görə, bu gün metronun açılması müzakirə olunmur".
Qafar Ağayev
789