Azərbaycan və Türkiyə qırıcıları təlim-məşq uçuşları keçiriblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Türkiyə qırıcıları təlim-məşq uçuşları keçiriblər - FOTO

17:02 - 10 / 08 / 2020
Azərbaycan və Türkiyə qırıcıları təlim-məşq uçuşları keçiriblər - FOTO

"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təlimin mərhələsinin senarisinə uyğun olaraq hərbi təyyarəçilər pilotaj texnikası, həmçinin qoşa və manqa ilə uçuşları məşq ediblər.

Döyüş təyyarələrinin ekipajları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

1news.az

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər