Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı

09:30 - 10 / 08 / 2020
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı

Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd edilib ki, Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
maşın və avadanlıqların istehsalı;
elektrik avadanlıqlarının istehsalı;
kompüter, elektron və optik məhsulların istehsalı;
avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
sair nəqliyyat vasitələrinin istehsalı;
poliqrafiya məhsullarının istehsalı;
zərgərlik məmulatlarının istehsalı;
musiqi alətləri, idman mallarının istehsalı;
geyim istehsalı;
toxuculuq sənayesi;
ayaqqabıların istehsalı;
dəri və dəri məmulatlarının istehsalı;
tütün məmulatlarının istehsalı;
sair sənaye məhsullarının istehsalı.
Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
Mühəndislik və layihələndirmə xidmətləri;
Qablaşdırma məhsullarının istehsalı;
Daş, metal və taxta məhsullarının istehsalı;
Mebel istehsalı və təmiri;
Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
Onlayn satışlar;
Kimyəvi təmizləmə;
Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
Avtomobillərin təmiri;
Avtomobil yuyulma məntəqələri;
Heyvan sığınacaqları;
Tərcümə xidmətləri.
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:

- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.

1news.az

Paylaş:
865

Son xəbərlər

Elm və təhsil naziri Londonda “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşüb22 / 05 / 2024, 17:45Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib22 / 05 / 2024, 17:42Bu rayonda 3 gün qaz olmayacaq22 / 05 / 2024, 17:28Milli Məclisdən Lüksemburq Deputatlar Palatasının sədrinin qərəzli fikirlərini CAVAB22 / 05 / 2024, 17:27Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tehranda anım mərasimində iştirak edib - VİDEO - YENİLƏNİB 222 / 05 / 2024, 17:13Mətbuat Şurası tanınmış jurnalist Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb22 / 05 / 2024, 17:12Bakının 8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq22 / 05 / 2024, 16:48İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək22 / 05 / 2024, 16:35Biləsuvarda Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov dəfn edilib - YENİLƏNİB22 / 05 / 2024, 16:11Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub22 / 05 / 2024, 16:09Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi Zülfüqar Abbasov dəfn edilib - YENİLƏNİB22 / 05 / 2024, 16:09Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib22 / 05 / 2024, 16:05Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyev dəfn edilib22 / 05 / 2024, 16:04Bakı-Şamaxı-Yevlax yolunda hərəkət qismən məhdudlaşdırılacaq22 / 05 / 2024, 16:03Birbank-dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdə22 / 05 / 2024, 15:55Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib22 / 05 / 2024, 15:32Ucarda Birinci Qarabağ müharibəsinin şəhidi Şöhrət Nuriyev dəfn edilib - FOTO22 / 05 / 2024, 15:27Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi formalaşdı22 / 05 / 2024, 15:20ADY nümayəndə heyəti Çin Xalq Respublikasında rəsmi səfərdə olub22 / 05 / 2024, 15:05Tanınmış türkoloq və tərcüməçi Ramiz Əskər vəfat edib22 / 05 / 2024, 14:29
Bütün xəbərlər