“Xaş–xaş 2020” davam edir: Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xaş–xaş 2020” davam edir: Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edildi - FOTO

09:50 - 10 / 08 / 2020
“Xaş–xaş 2020” davam edir: Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edildi - FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisindəki əkin sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, ümumi çəkisi 3180 kiloqram olan 2650 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

Qafar Ağayev

Paylaş:
589

Son xəbərlər

Bütün xəbərlər