Havanı çirkləndirən sexin sahibi cərimə edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanı çirkləndirən sexin sahibi cərimə edildi

10:36 - 10 / 08 / 2020
Havanı çirkləndirən sexin sahibi cərimə edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub.

Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş” verilib.

Qafar Ağayev

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər