Şagirdlərin elektron yerdəyişməsi başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagirdlərin elektron yerdəyişməsi başlayır

16:19 - 11 / 08 / 2020
Şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 12-dən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Qafar Ağayev

Paylaş:
1362

Son xəbərlər

Bütün xəbərlər