Bakıda sərnişin avtobusunda yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sərnişin avtobusunda yanğın olub

09:56 - 13 / 08 / 2020
Bakıda sərnişin avtobusunda yanğın olub

Bu gün səhər saat 7 radələrində "Çinar-Trans" MMC-yə məxsus 99 JK 763 (Dövlət Qeydiyyat Nişanlı) sərnişin avtobusunda yanğın hadisəsi olub.

1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

"Hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib. Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb".

Qafar Ağayev

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər