Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib

10:25 - 14 / 08 / 2020
Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib

Cari ilin 21-25 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Təhsil Nazirliyindən 1news.az-a Həmin tarixlərdə Azərbaycan dili, musiqi, fiziki tərbiyə və ibtidai sinif müəllimliyi üzrə test imtahanı keçiriləcək.

Digər fənlər, həmçinin ibtidai sinif müəllimliyi üzrə keçiriləcək növbəti imtahanların tarixi barədə məlumatlar hissə-hissə şəxsi səhifələrə göndəriləcək.

Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!

Qafar Ağayev

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər