Həftəsonu ictimai nəqliyyatın bərpası müzakirə olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftəsonu ictimai nəqliyyatın bərpası müzakirə olunacaq

17:36 - 15 / 08 / 2020
Həftəsonu ictimai nəqliyyatın bərpası müzakirə olunacaq

Həftəsonu nəqliyyatın dayandırılması qaydası qüvvədədir.

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, yumşalmalar planlı şəkildə gedir: "Artıq ictimai iaşə obyetkləri ilə bağlı qeyd etdiyimiz yumşalmalar tətbiq edilir. Növbəti həftələrdə də həftəsonu ictimai nəqliyyatın bərpası məzələsi müzakirə olunacaqdır".

1news.az

 

Paylaş:
872

Son xəbərlər

Bütün xəbərlər