Binəqədidə evləri su basıb - 6 nəfər köməksiz vəziyyətdə qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə evləri su basıb - 6 nəfər köməksiz vəziyyətdə qalıb

13:18 - 17 / 08 / 2020
Binəqədidə evləri su basıb - 6 nəfər köməksiz vəziyyətdə qalıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə 4-ü azyaşlı olmaqla 6 nəfər köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

1news.az

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər