Moskva prospektində qəza böyük tıxaca səbəb oldu - FOTO

Bakının Moskva prospektində, "Şamaxinka" dairəsi adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat paylaşıb.
O bildirib ki, qəza səbəbindən hazırda ərazidə ciddi sıxlıq müşahidə olunur: “Sıxlıqla əlaqədar "Şamaxinka" dairəsi adlanan ərazidən keçən müntəzəm və ekspres xətt avtobuslarınln intervalında gecikmələr yaranıb”.
1news.az
622