Bu günün statistikası: 124 nəfər koronavirusa yoluxdu, 167 nəfər sağaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 124 nəfər koronavirusa yoluxdu, 167 nəfər sağaldı

17:47 - 17 / 08 / 2020
Bu günün statistikası: 124 nəfər koronavirusa yoluxdu, 167 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 042 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib, aktiv xəstə sayı 1 793 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 153, ötən müddət ərzində isə ümumilikdə 836 908 test aparılıb.

S.Xankişiyeva

Paylaş:
1017

Son xəbərlər

Bütün xəbərlər