Bu yollarda sürət həddi endirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu yollarda sürət həddi endirildi

09:26 - 17 / 08 / 2020
Bu yollarda sürət həddi endirildi

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır: "Bir daha bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edirik".

S.Xankişiyeva

 

Paylaş:
835

Son xəbərlər

Bütün xəbərlər