İtaliyada vəfat edən azərbaycanlı sənətçisi Bakıda dəfn ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İtaliyada vəfat edən azərbaycanlı sənətçisi Bakıda dəfn ediləcək

11:42 - 17 / 08 / 2020
İtaliyada vəfat edən azərbaycanlı sənətçisi Bakıda dəfn ediləcək

4 avqust tarixində İtaliyanın Milan şəhərində 49 yaşında vəfat etmiş Eldar Əliyev Bakı şəhərində dəfn ediləcək.

Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyevin dəfn mərasiminin Bakı şəhərində hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə təntənəli şəkildə keçirilməsi və böyük vokalçının xatirəsinin yaşadılması Azərbaycan Hökuməti tərəfindən təşkil ediləcəkdir.

Qafar Ağayev

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər